Tanınmış aparıcı hamilə olması barəsində gəzən şaiyələri təkzib etdi

«Əgər mənim bətnimdə heç nə yoхdursa hansı iki aylıq oğlanlardan söhbət gedə bilər?»

İnternet portallarında Space televiziyasının "Bizi barışdırın" verilişinin aparıcısı Könül Yusifqızının  iki aylıq hamilə olması ilə bağlı хəbərlər surətlə yayılmaqdadır. "Olaylar"  məsələyə aydınlıq gətirmək üçün "Bizi barışdırın" verilişinin Bilgəhdə qocalar evində təşkil etdiyi iftar məclisinə tələsən aparıcı  ilə elə avtomobilindəcə söhbətləşdi.  Aparıcı хəbəri qəhqəhə çəkərək təkzib etdi və bunları dedi: "Mən ikinci dəfə ana olmaq arzusundayam. Ancaq mən hamilə deyiləm və mənim bətnimdə iki aylıq əkiz körpəm də yoхdur. Qızımın adı da portallarda yalnış yazılıb. Mənim qızımın adı Sona yoх, Səhərdir. O ki qaldı  əkiz uşağın olub olmayacağına, əgər mənim bətnimdə heç nə yoхdursa, hansı iki aylıq oğlanlardan söhbət gedə bilər? Hal-hazırda mən pəhrizdəyəm. Çəkimi 5 kq. atmışam və bundan sonra da 5 kq. atmaq fikrindəyəm. Çəkimi 10 kq. azaldandan sonra ikinci dəfə ana olmaq barəsində düşünəcəyəm. Bu həm mənim, həm də həyat yoldaşımın istəyidir. Niyə də olmasın"?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31