“Uğurun sirri”
Müslüm Maqomayev haqqında kitab çapa hazırlanır
17 Avqust 2012 13:13 MədəniyyətMoskvanın "Avanta+ ensiklopediyalar dünyası" nəşriyyatı "Uğurun sirri" seriyasından "Müslüm Maqomayev" kitabını dərc etməyi planlaşdırır.
Böyük artistlər (Sofi Loren, Edit Piaf, Merilin Monro) haqqında silsilə kitabların müəllifi Nikolay Nadejdin nəşrin annotasiyasında yazıb: "Müslüm Maqomayevin təkrarolunmaz bariton səsi, yüksək sənətkarlığı və mənəvi zənginliyi neçə nəsil dinləyicilərin ürəyini fəth edib. Onun diapazon imkanları qeyri-adi dərəcədə geniş olub: opera, müzikl, neapolitan mahnıları, Azərbaycan və rus bəstəkarlarının vokal əsərləri. O, 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onilliklər ərzində müğənni milyonların pərəstişgahı olaraq qalmış, onun adı, şübhəsiz, sovet estradasının xüsusi simvoluna çevrilib".