M.F.Axundzadə haqqında filmdən son xəbər

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında görkəmli yazıçı-dramaturq, milli dramaturgiyamızın banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş "Sübhün səfiri" tammetrajlı bədii filminin Bakı çəkilişləri başa çatıb.
Növbəti çəkilişlərinin Şəki, Tbilisi və İstanbul şəhərlərində aparılması nəzərdə tutulur. Qeyd edək ki, filmin ssenari müəllifi Xalq Yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur.
Filmin 2012-ci ildə M.F.Axundzadənin 200 illik yubileyinə qədər təhvil verilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31