Uşaqların muğam festivalına doğru

Oktyabr ayının 11-13-də Bakıda "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Beynəlxalq Uşaq Muğam Festivalının bölgələr üzrə seçim turuna yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,  təşkil olunmuş dinləmələr zamanı dörd gənc ifaçı - Hacıbaba Əlibaba oğlu Əbdülrəhmanov (13 yaş, Qəbələ), Lalə Laçın qızı Səmədova (14 yaş, Göyçay),Ayxan Qurban oğlu Bünyadzadə (12 yaş, Naxçıvan) və Fərman Eynulla oğlu Piriyev (15 yaş, Ağsu) final mərhələsinə vəsiqə qazanıb.
Bundan başqa Bakı, Abşeron-Sumqayıt seçim turlarınin təşkilicari ilin sentyabr ayına planlaşdırılıb.
Qeyd edək ki, 16 yaşınadək uşaqlar arasında keçiriləcək beynəlxalq festivalın finalı Beynəlxalq Muğam mərkəzində gerçəkləşəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31