Bakıda dəhşətli partlayış: 3 ölü, 2 yaralı

Hadisə Qaraçuxur qəsəbəsində baş verib

Bu gün gecə saatlarında Bakı şəhəri Suraxanı rayonunda dəhşətli yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən yaşayış evində qaz sızmasından yanğına keçən güclü partlayış baş verib. Hadisə yerinə bir neçə bir neçə yanğınsöndürən maşın və əməkdaşlar yollanıblar. Yanğın çətinliklə də olsa söndürülüb.Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında ANS PRESS-ə verilən məlumata görə, yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Ölənlərdən biri ata, digəri onun oğlu, yaralanan şəxslərin biri qadın, digəri isə onun oğludur. Yaralılar xəstəxanaya yerləşdiriliblər.Ölən şəxslər Vüqar Şahbazov, Vasif Əsgərov və Natiq Əsgərovlardır. Fakt bağlı araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31