Mədinə ilə Samirin toyudur....
17 Avqust 2012 10:35 MədəniyyətÇox yaxın vaxtlarda Azərbaycanın tanınmış prodüseri, "Kristal" qızlar qrupunun yaradıcısı və rəhbəri Mədinə Məlik nişanlısı Samirlə münasibətlərini rəsmiləşdirəcək.Əməkdaşımızla söhbəti zamanı Mədinə xanım həyatının ən xoş gününün təfərrüatları barəsində bunları söylədi: "Əsla şəxsi həyatımla gündəmdə olmağa tərəfdar olmamışam. Sırf jurnalist dostlarım araşdırdıqları üçün maksimum çalışıram ki, sizdən heç nəyi gizli saxlamayım. Bəli, toy tədarükündəyik, hətta Samirlə bu xoş günümüzün tarixini də dəqiqləşdirmişik. İsrar etməyin, rəqəm açıqlamayacağam. Gözə-nəzərə tez gəlirik. Yadınızdadırsa, bir müddət bundan əvvəl nişanlananda elə media vasitəsi ilə elan etdik ki, fevralda toyumuzdur. Həmin vaxt çox üzücü hadisələr baş verdi. Ona görə də artıq hər işi ehtiyatla tuturuq. Valideynlərimizin xeyir-duası ilə həmin xoş gün elə də uzaqda deyil. Xoşbəxtik, bu sevincdən bütün insanlara da pay ötürürük".Mədinə xanım digər məşhurlardan fərqli olaraq toylarının mediada işıqlandırılması ilə bağlı hansısa qadağalar qoymayacaqları anonsunu da verdi: "Bu o demək deyil ki, hansı jurnalist istəsə, toya gəlib çəkiliş apara biləcək. 3-4 dost bildiyimiz jurnalisti həm qonağımız, həm də çəkiliş aparaması üçün dəvət edəcəyik. Açıq deyirəm, bizim o yaşımız deyil axı toyumuzla gündəmə gələk. Toya dəvət edəcəyimiz qonaqların siyahısı da tutulur. İnşallah, çox səliqəli toy təşkil etməyə çalışacağıq"milli.az