Azərbaycanlı aktyor tanınmış müğənni ilə...
Aktyor Elxan Rza yeni bir serialda baş rola dəvət alıb
17 Avqust 2012 05:40 MədəniyyətBu haqda aktyor özü danışıb."Serial Çexovun "Qağayı" əsərinin motivləri əsasında çəkilir. Çəkilişlərə keçən ildən start verilib. Serialın rejissoru Elvin Mirzəyevdir. Onu da deyim ki, Elvin Mirzəyev "Əli və Nino" tamaşasına da quruluş verib. Serialda məşhur istedadlı yazıçı rolunu oynayıram. Mənfi xarakterli, xəyanətkar, qadın düşkünüdür. Bu obraz nə qədər mənfi olsa da, aktyor üçün oyun baxımından çox maraqlıdır.Serialdakı tərəf müqabilim, aktrisa rolunun ifaçısı xalq artisti Nazpəri Dostəliyevadır. Serial hələ ki, 12 seriya nəzərdə tutulub. Çəkiliş meydançası dəniz qırağı və ona yaxın olan məkanlardır. Amma buna baxmayaraq şəhər içi məkanlar da var. Serialda, həmçinin Toğrul Rza, Nigar Mirzəyeva, Ülviyyə Abdullayeva, Vidadi Həsənov, Ayşad Məmmədov və s. aktyor və aktrisalar çəkilir. Çəkilişlər, İnşallah, sentyabr ayına kimi bitməlidir", - deyə aktyor bildirib.Milli.Az