Klassik əsərlər əlavələrlə yenidən yazılır

Şarlotta Bront və Ceyn Austinin yazdığı klassik və dövrünün orijinal sujetli eşq romanları erotik əlavələrlə yenidən yazılır. "Azadinform" "The İndependent"-ə istinadən xəbər verir ki, bu qərar EL Ceymsın "Mummy porn" başlığı altında yayımlanan "Fifty shades of Grey" adlı kitabının ilin ən çox satılan kitabı olmasından sonra alınıb. "Total-E-Bounding Publishing"-in rəhbəri Kleyer Siemaskieviç romanların necə və hansı istiqamətdə dəyişdiriləcəyi barədə məlumat verib: "Biz kitabların orijinal mətnini dəyişmirik. Orijinal mətn və yazarın üslubu pozulmur. Bunları dəyişdirmək istəmirik. Amma insanların marağına səbəb olacaq və zövqlərinə uyğun olduğunu düşündüyümüz bəzi "əskik" səhnələri əlavə edərək romanları genişləndirmək istəyirik. İnsanlar bu layihəni bəyənər-bəyənməz, bunu bilmirik, amma bu tip əlavələr bazarda irihəcmli oxucu kütləsi qazanır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31