İradə Tuncaydan həzin sətirlər...
16 Avqust 2012 18:18 Mədəniyyətİlimdən bircə gün bağışla mənə,
Ömrümün bir günü özümün olsun.
Qalan günlərimi heşan eləyim,
Qalan günlərimi bir ovuc darı...
Bu Araz dərəsi beləcə qaldı,
Alışdı iki dil suyun içində,
Bir dərya su yandı iki ocaqda.
Təbrizin yolları daşlıdır hələ,
Yaman dərinləşdi bu dərə, yaman, -
Ağlın gur selləri dibində hələ...
Nə vaxt bu dərənin qumu sovrula?
Nə vaxt bu dərədə nəhrə çalxana?
Uzaqda mələdi bir çoban neyi...
Üfüqdə günəşin dodağı qaçdı.
Özümün olmayan ömür bəs elər.
Ya baxtım, ömürdən bircə gün mənə..
İradə Tuncayın Facebook səhifəsindən
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31