Maykl Ceksonun atası oğlunun qatilini bağışladı?
16 Avqust 2012 15:32 MədəniyyətMaykl Ceksonun atası Co Cekson pop ulduzun ölümündə təqsirli bilinən və 4 illik cəzaya məhkum edilən həkimi Konrad Mürreyə qarşı iddiasını geri götürüb. "OLAYLAR"-ın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, ulduzun atasının qərarını birdən-birə dəyişməsinin səbəbləri açıqlanmır. Daha öncə Co Cekson oğlunun qatilindən təzminat tələb edirdi. Onun bu gözlənilməz addımı çoхlarını çaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31