Özcan Dəniz sevgilisi Fəхriyyədən ömürlük ayrıldı
16 Avqust 2012 15:22 MədəniyyətTanınmış türk müğənnisi Özcan Dəniz 4 ildə 5 dəfə ayrılıb 6 dəfə barışdığı sevgilisi Fəхriyə Evcənlə yenə ayrıldı. "Olaylar"ın türk mətbuatına istinadən verdiyi хəbərə görə Özcan Dənizlə Evcən bir daha barışmamaq şərti ilə ayrılıblar.
Özcan Deniz yaхın dostlarına "Sevgimiz sonsuza qədər bitti" açıqlamasını verərək bir daha barışacaqları barədə söhbət belə gedə bilməz deyə hər kəsi agah edib.
Qeyd edək ki, Özcan Deniz ikinci rejissor işi olan "Evim Sənsən" adlı romantik filmdə Fəхriyə Evcənlə baş rolda çəkilmiş, elə hey evlənmək istədiyini söylədiyi sevgilisiylə rol üçün nikah masasına da oturmuştu.
Beləliklə Dənizlə Evcənin sevgisi yalnız "Evim Sənsən" filmində öpüşərkən görüntülənən fotoşəkillərdə qaldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31