M.Maqomoyevin 70 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Avqustun 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında görkəmli musiqi xadimi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. Filarmoniyanın və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə təşkilatın Mədəniyyət Mərkəzinin üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını səsləndirəcəklər. Tədbirdə həmçinin M.Maqomayevin həyatından bəhs edən film nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31