Hər mənada azərbaycanlı rəssamın ABŞ-da sərgisi keçiriləcək
16 Avqust 2012 14:27 MədəniyyətAvqustun 28-dən sentyabrın 27-dək ABŞ-ın paytaxtı Vaşinqtonda görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş "Hər mənada azərbaycanlı rəssam: Kamil Nəcəfzadə" adlı sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Amerikada fəaliyyət göstərən Qarabağ Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək sərgi çərçivəsində rəssamın oğlu, rejissor Şamil Nəcəfzadənin filmlərinin kinosessiyası da gerçəkləşəcək. Rejissorun dörd filmi Vaşinqtonda hər cümə axşamı günü nümayiş olunacaq.
Ş.Nəcəfzadə özü isə sentyabrın 6-da və 13-də filmlərin nümayişində iştirak edəcək, auditoriya ilə görüşündə tamaşaçıları maraqlandıran suallara cavab verəcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31