Dünya gözəlindən Azərbaycana mesaj
16 Avqust 2012 13:57 MədəniyyətMəşhur hind aktrisası Aişvariya Ray Facebook sosial şəbəkəsində Azərbaycana mesaj göndərib.
"Qafqazinfo"nun məlumatına görə, məşhur aktrisa İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində dünyasını dəyişən şəxslərə dua etdiyini yazıb: "Mənim dualarım Azərbaycanda və İranda yaşayan insanlaradır. Hansılar ki, bu yaxınlarda baş verən zəlzələdən sarsıldılar, dünyalarını dəyişdilər və sevgilərin itirdilər".
Aişvariya Ray dualarını həmçinin Myanma və Assamdan da əsirgəmədiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31