Heminqueyin casus olması iddia olunur
“Əcəl zəngi” casusluğun nəticəsidir?
16 Avqust 2012 10:15 Mədəniyyət"Studies in Intelligence" jurnalında yayımlanan bir məqalədə amerikan yazıçı və jurnalist Ernest Heminqueyin məşhur romanı "Əcəl zəngi"ni casusluğu sayəsində yazdığı iddia olunub.Kulis.az-ın verdiyi məlumata görə "Foreign Policy" jurnalı da bu məqaləyə əsaslanaraq yazıçının II Dünya Müharibəsində amerikan və rus kəşfiyyatlarına işlədiyini yazıb. Məsələn, müharibə müxbiri kimi Fransaya gedən Heminqueyin çox gizli fransız qruplaşması haqqında Amerikaya məlumat toplayırmış.İddialara görə, Heminquey antikommunist olaraq tanınmağına baxmayaraq Sovet Sosialist Respublikasının Daxili xalq komisarlığı ilə yaxın təmasda olub. Hətta araşdırma aparmaq məqsədi ilə Sovet Respublikasıyla əlaqəsindən istifadə edərək İspaniyaya girib və "Əcəl zəngi" adlı məşhur romanını yazıb.