Yazıçı vəfat edib
15 Avqust 2012 20:04 MədəniyyətAmerikalı yazıçı Harri Harrison vəfat edib. "Azadinform" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə yazıçının rəsmi saytında yerləşdirilən xəbərdə bildirilib. Harrison "Polad siçovul", "Ölüm dünyası", "Edem", "Bill - Qalaktikanın qəhrəmanı" və s. fantastik əsərləri ilə məşhurlaşıb.
Yazıçı 1925-ci ildə Konnektikut ştatında anadan olub. Antimilitarist baxışları ilə də məşhurlaşan yazıçının əsl adı Henti Maksvell Dempsi olub. Lakin bu barədə 30 yaşında xəbər tutub. Belə ki, atası qohumlara deyib ki, uşağın adını Harri qoyub. Bu səbəbdən də o, dünyada ilk yazıçıdır ki, əsl adını ləqəb kimi götürüb. Ona ən böyük şöhrəti "Polad siçovul" fantastik əsəri gətirib. Həmin əsərin qəhrəmanı Cim Di Qriz adlı bir dələduzdur. O, ən çətin durumlara düşsə də, hər zaman onlardan qalib kimi çıxır.