Ayaz Qasımov “Ay can” dedi

Müğənni Ayaz Qasımov yeni mahnı oxuyub. Gün.Az xəbər verir ki, Murad Arifin gürcü bəstəkarı Viktor Dolidzenin "Keto və Kote" operası üçün yazılan mahnının yeni variantını təqdim edib. Daha doğrusu o, mahnıya Azərbaycan dilində sözlər yazıb. Müəllif "Ay can" adlı mahnının Ayaza uğur gətirəcəyinə əmindir. Qeyd edək ki, bu musiqi məşhur ifaçılar, eləcə də Dato Xujadze və Serdar Ortac tərəfindən dəfələrlə istifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31