Stiv Cobsun evindən 60 min dollarlıq dəyərində əşya oğurlanıb

"The San Jose Mercury News"-in məlumatına görə, polis 2012-ci ilin iyulunda Stiv Cobsun evini qarət etmiş şəxsi saxlayıb. Kariem MakFarlin təxminən 60 min dollar dəyərində kompyuter texnikası və digər əşyalar oğurlayıb. Hazırda 35 yaşlı oğru məhkəmə dinləməsini gözləyir. Məhkəmə dinləməsi avqustun 20-nə nəzərdə tutulub. Eyni zamanda, polislərin sözlərinə görə, oğru düşünmədən hərəkət edib və çətin ki evin sahibi haqqında məlumatlı olub. Cinayətkarın oğurladığı əşyaların bəzi hissəsini satdığı bildirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31