Şimal bölgəsinin qələm əhli bir arada

Şimal regionunda fəaliyyət göstərən şair və yazarlar Qubada  bir araya gəlib. "OLAYLAR"ın RTV-yə istinadən verdiyi məlumatda bildirilir ki, görüş iştirakçısı, Dünya Gənc Türk Yazarlar birliyinin rəhbəri Əkbər Qoşalı əsas məqsədin regionlarda fəaliyyət göstərən ədəbi mühitin nümayəndələrinə dəstək olmaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, bu kimi  tədbirlər  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  baş tutur.
Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin və "Ay İşığı" ədəbi məclisinin sədri Ramiz Qusarçaylı  təşkil olunan tədbirin bölgədə fəaliyyət göstərən yaradıcı insanlar üçün irəliyə atılan uğurlu addım olduğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31