Azərinin Özbəkistan və Qırğızıstandan məşhur qonaqları kimlərdir?

Azərbaycanın əməkdar artisti Azərinin Türk Telekanalındakı verilişləri qardaş ölkə ilə yanaşı, Orta Asiya ölkələrində də maraqla izlənir. Milli.Az xəbər verir ki, müğənninin TRT Avaz telekanalında apardığı "Azərinlə bir avaz"ın səsi-sorağı Türk dilli dövlətlərini də yamanca bürüyüb. Orta Asiyanın bir çox ulduzları, məşhur sənətçiləri Türkiyəyə məhz verilişdə iştirak etmək üçün gəlirlər. Bu dəfə sənətçimizin qonaqları Özbəkistanın məşhur müğənnisi Ulubek Otojanov və rəqqasə Mübarek Qədirova olacaq. Bundan əlavə "Azərinlə bir avaz"da Azərbaycan sənətçisinin qonağı Qırğızıstanın məşhur müğənnisi Gülnur Satılqanova olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31