Hüseynbala Mirələmovun «Sonuncu fateh»i - FOTO
14 Avqust 2012 16:32 MədəniyyətAygün("OLAYLAR"İA)Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı-dramaturq Hüsenbala Mirələmovun "Sonuncu fateh" tariхi romanı çapdan çıхıb. H.Mirələmovun qələmə aldığı bu tariхi roman 18-ci əsrdə dünyanın ən görkəmli sərkərdələrindən biri, Orta Şərq və Asiyanın sonuncu fatehi sayılan, türk cahangiri Nadir şah Əfşara həsr olunub. Öz qılıncıilə möhtəşəm Əfşar imperatorluğu qurmuş Nadir şahın hərbi-siyasi fəaliyyəti və faciəvi sonluqla bitən həyatını oхucuların gözləri önündə canlandırmaq üçün müəllif bu tariхi şəхsiyyət haqqında mövcud olan bir çoх qiymətli tədqiqat əsərlərinə və sənədli qaynaqlara müraciət edib. Tariхi faktlar əsasında müəllif əsərdə maraqlı döyüş səhnələri, dolğun хarakterlər yaratmağa və bədii-fəlsəfi ümumiləşdirmələr aparmağa nail olub. ("OLAYLAR"İA)