Gənc yazarlarla bağlı təkliflər hazırlanacaq

Dünya Gənc Türk Yazarlar Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə region yazarları ilə bağlı layihə həyata keçirir. Bu barədə "OLAYLAR"-a məlumat verən birliyin başqanı Əkbər Qoşalı deyib ki, layihə şərşivəsində respublikanın ayrı-ayrı regionlarında yaşayan gənc yazarların problemləri öyrəniləcək.: "Bu məqsədlə DGTYB üzvlərinin regionlara səfəri təşkil olunacaq. Səfərlər zamanı birlik üzvləri regionlardakı gənc yazarlarla görüşəcək, onların problemləri ilə maraqlanacaq və yazarların təklifləri dinləniləcək. Regionlarda gənc yazarlarla keçirilən görüşlərin sonunda hazırlanmış təkliflər və hesabat Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinə təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31