Mina seriala çəkilir

İfaçı “Bakı Film”in çəkdiyi “Ağabəyovlar” serialında Ləman obrazını canlandıracaq

Populyar gənc müğənni Mina seriala çəkilir. ANS PRESS-in məlumatına görə, ifaçı "Bakı Film" kinostudiyasının çəkdiyi "Ağabəyovlar" serialında İldrım Ağabəyovun kiçik qızı Ləman rolunu oynayır. Minanın canlandırdığı gənc qız keçmişdə müğənni olub. Lakin sonra atası onu oxumağa qoymur və sevmədiyi bir oğlana nişanlayır. Qeyd edək ki, Kamran Qasımovun ssenarisi əsasında çəkilən serialın rejissoru Vahid Mustafayev, musiqi tərtibatçısı və kompazitoru isə Yaşar Baxışdır. "Ağabəyovlar" serialının baş prodüsseri Eyyub Danişvəridir. Hələlik 100 bölümünün çəkilişi nəzərdə tutulan "Ağabəyovlar" serialının əsas sujet xətti 4 ailənin dramından bəhs edir. Serialın hər bir bölümün xronometrajı 42 dəqiqə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31