Hürrəm Sultan şahlara layiq məclis düzəltdi
14 Avqust 2012 12:28 MədəniyyətMeryem Uzerli və sevgilisi ailələrini bir-birilə tanış ediblər.
"Muhteşem yüzyıl"da Hürrəm Sultan obrazını canlandıran Məryəm Uzərli 29-cu ad gününü sevgilisi Can Atəş və serialdakı yoldaşları ilə birlikdə Ortaköydə yerləşən "Anjelik"də qeyd eləyib.
Milli.Az Publika.Az-a istinadən xəbər verir ki, ad günündən əlavə, Atəş və Uzərli gecədə ailələrini də tanış eləyərək evlilik yolunda ilk addımlarını atmış olublar. Uzərliyə bir maşın dolusu hədiyyə gəldiyi də görülüb. Dostlarının və ailəsinin yanında çox xoşbəxt olduğunu söyləyən Uzərli: "Canın və dostlarımın hədiyyələri elə də vacib deyil. Buraya gəlmələri yetərlidir. Allah mənə bu dünyada bir il daha hədiyyə elədi, bir il daha yaşaya bilirəmsə, ən böyük hədiyyə də budur. Yaşın heç bir fərqi yoxdur, o, sadəcə, rəqəmdir", - deyib. Məkanda ailələrinin tanış edilməsi haqqında soruşulanda Uzərli: "Şəxsi həyat barədə danışmayacağam", - deyə cavab verib.
Serialdan bu il ayrılan Nebahat Çehre "Muhteşem yüzyıl"in dizayneriylə məkandan çıxıb. Bodrum tətilindən döndüyünü söyləyən Çehrə: "Serialdan çıxmışam, amma dostluqlarımız davam eləyir", - deyib. Çehre yeni layihəsinin də olmadığını söyləyib.