Sibel Can nə istəyir?
Fantastik qonorar?
13 Avqust 2012 16:47 MədəniyyətBir neçə il bundan əvvəl maksimum 100 min dollar qarşılığında qonağımız olan sənətçinin nə səbəbdən məbləği iki dəfə qaldırması sual altındadır. Milli.Az xəbər verir ki, sentyabrda tanınmış türk müğənni Sibel Can Bakıda növbəti dəfə solo-konsert proqramı ilə çıxış etməli idi. Əldə etdiyimiz məlumata görə, müğənninin çalışdığı prodüser şirkətinin açıqladığı qonorar azərbaycanlı təşkilatçıları bir az düşünməyə vadar edib. Xəbəriniz olsun ki, Canın bakılı pərəstişkarları ilə görüşməsi üçün tələb olunan qonorarın məbləği 200 min ABŞ dolları civarındadır. Bir neçə il bundan əvvəl maksimum 100 min dollar qarşılığında qonağımız olan sənətçinin nə səbəbə məbləği iki dəfə qaldırması sual altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31