Ulduzların uşaqları harada təhsil alırlar?
13 Avqust 2012 16:22 MədəniyyətSpace telekanalında yayımlanan "Plus-minus" verilişi kiçik bir araşdırma aparıb.
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, yerli ulduzların bəziləri öz övladlarını xarici təhsil müəssisələrində oxutdururlar.
Briliant Dadaşovanın oğlu Türkiyədə təhsil alır. Buna görə də müğənni tez-tez qardaş ölkəyə səfər edir və övladının təhsili ilə yaxından maraqlanır.
Aygün Kazımovanın qızı isə Moskvada təhsil alır və nadir hallarda Bakıya gəlir. Kazımova övladının təhsilinə nə qədər xərc çəkdiyini gizlədir.
Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.
Nazim Faytonçunun iki övladı var. Oğlu Qərb Universitetinin tələbəsidir. Qızı isə Azərbaycan Dövlət İqtisad Universitetində oxuyur.
Mətanət İskəndərlinin övladları Kərim və Ülkər Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunlarıdırlar.
Müğənni Roza Zərgərli isə özü hazırda magistr təhsili alır.