Yeni istirahət məkanlarının axtarışında olan ulduzlarımız

Milli.Az sizə sənətçilərimizin sosial şəbəkələrdəki macəralarını təqdim edir. 

1. Ötən həftədən Bodrumda dincələn müğənnilər Nura Suri ilə Lalə Məmmədovaya bu həftədən həmkarları Tünzalə Ağayeva da qoşuldu.

2. Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova isə istirahətini Alanyada etməyi qərara aldı. Aktrisa burada həm çəkilişlərdə oldu, həm də dənizdə yayın dadını çıxardı.

3. Müğənni Xəyyam Nisanov isə Montre şəhərinə üz tutdu. Mənzərəli guşələrdə Xəyyam bol-bol şəkillər çəkdirib dostları ilə paylaşdı.

4. "Miss Millenium" Validə Abbasova İtaliyadadır.

5. Bu yaxınlarda ailəsi ilə birlikdə Çin səfərindən dönən modelyer Gülnarə Xəlilova isə övladları ilə təyyarədə çəkdirdiyi şəkli paylaşdı: "Göyün yeddinci qatında".

6. Almaniyada böyük populyarlıq qazanan müğənni İlhamə Qasımovanın yeni sinqlı artıq satışdadır. İlhamə böyük sevinc hissi ilə sinqlın şəklini təqdim etdi.

7. Prodüserlik etdiyi müğənniləri dünyaya tanıtdırmaq istəyində olan İsa Məlikov həyat yoldaşı Paulina Məlikova ilə birlikdə dostlarının ad gününə qatıldılar.

8. Müğənni Səidə Sultan isə yeni imici ilə diqqət çəkdi. Müğənni iş başında olanlardan və çəkilişlərə qatılanlardandır.

9. Çingiz Mustafayev də qrupu ilə birgə iş başındadır. "Beynəlxalq Gənclər Günü"ndə Çingiz Bakı Caz Mərkəzinin səhnəsində çıxış etdi.

10. "Sirr" serialının kamera arxası görüntüləri. Aktrisa Dilarə Əliyeva yeni bölümlə tanış olur.

11. Sosial şəbəkələrdən bir an belə ayrı qalmayan Rəhim Rəhimli. Müğənni Azərbaycanın rayonlarında dincəlməyə üstünlük verib.

12. Bu uşağı tanıyırsınızmı? Müğənni Elnur uşaq ikən Dövlət Televiziyasındakı çıxışından bir fotonu bizə göstərdi.

13. Həftənin ən maraqlı fotosu isə nişanlısı ilə yenidən bir araya gələn Azəri qızı Günel oldu. İstanbulun romantik havasında Günelin nişanlısı ilə ailəsi birlikdə nahar etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31