Asena təhdid edildi
13 Avqust 2012 13:59 MədəniyyətOriyental rəqsləri ilə tanınan Asena mobil telefonuna gələn təhdid mesajlarından dolayı polisə şikayət edib. "OLAYLAR"-ın haberturk.com-a istinadən verdiyi xəbərə görə, 1 ay əvvəl Asenanın mobil telefonuna "Sənin kimi nə qədər o.. ç.. varsa, hamısı gününü görəcək" mesajı gəlib. Ardından 8 dəfə Asenanın mobil telefonuna zəng edən həmin şəxs ünlü sənətçini təhdid edib. Polisin apardığı araşdırmalar nəticəsində Asenaya təhdid gələn telefonun 32 yaşındakı S.A-a aid olduğu müəyyən edilib və o, həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31