Tanınmış azərbaycanlı model uzun tətilə hazırlaşır

Ramazan ayında hər bir müsəlman kimi savab qazanmağa çalışan model Günay Musayeva artıq iki iftar süfrəsi açıb. Milli.Az-ın məlumatına görə, tanıdığı insanları süfrəsinin başına toplayan azərbaycanlı model məlum səbəbdən bu il oruc tuta bilmir. Çünki oğlu Can hələ ana südü ilə qidalanır.

Gününün əksər hissəsini oğluna ayıran model həyat yoldaşı Tolqa bəylə birlikdə övlad qayğısından zövq aldıqlarını bildiriblər. Hər gün iki saat idmanla məşğul olan Günay model görkəmini qorumağı da unutmur. Yeni mövsümə planları çox olduğundan bu ayı ailəsi ilə birlikdə istirahətə ayıracaq. Can hələ balaca olduğundan proqramı ona görə qurublar. Çünki Günay oğlunu dayəyə etibar etsə də, övladı ilə gün ərzində daha çox özü ilgilənir.

Qeyd edək ki, ilk səfərini Bodrumdan başlayan məşhur ailə hələlik qısa proqrama qane olub. Bunun ardınca onlar adalara getməyi planlaşdırıblar. Bu, uzun bir tətil olacaq. Onlar bu tətili dostların əhatəsində keçirəcəklər. Öyrəndik ki, onların seçimi Mikonos və ya Bozcu olacaq. Bu adaları yaşadıqları yerə yaxın olduğu üçün seçiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31