Röya ilə Rəhim belə məşq edirlər

Məşhur müğənnilər Rəhim Rəhimli və Röya Ayxan Zaqatala rayonunun "Qala düzü" kompleksində "R.R şou"larının davamı olaraq "Gəncliyimizə dəstək" adlı konsert proqramı ilə çıxış ediblər.Milli.Az-ın Zaqatalaya ezam olunmuş müxbiri xəbər verir ki, konsertdən öncə məşq prosesi keçirilib. Məşq zamanı hər iki müğənni Rusiyanın paytaxtı Moskva şəhərindən təşrif buyuran "Rush Style" adlı rəqs qrupu ilə birgə konsertin ən xırda məqamlarınadək nümayiş etdiriblər. Röya ilə Rəhim həmçinin Azərbaycanın məşhur "Ritm" rəqs qrupu ilə də birgə çıxışlarına hazırlaşıblar. Hər iki müğənninin peşəkar komandası güclərini bir yerə toplayaraq böyük heyət yaradıb. Başda prodüser Kənan Bayramov olmaqla hər kəs öz işinin öhdəsindən layiqincə gəldiyini nümayiş etdirəndən sonra məsqləri dayandırıblar.  Məşqdən sonra isə müğənnilər öz qrim otaqlarına yollanaraq konsert hazırlıqlarına başlayıblar. Onu da bildirək ki, konsertdə baş verən ən maraqlı məqamları da sizə təqdim edəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31