Tarkan Bakıda keçirilən “Eurovision”da bir şərtlə iştirak edəcəkmiş

Meqastar: "Birinci olacağım barədə zəmanət verirsinizsə gələrəm"

TRT-nin baş direktoru İbrahim Şahin bu ilin may ayında Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı yarışmasından razı qaldığını bildirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İ.Şahin yarışmada təmsilçiləri Can Bonomonun yaxşı iştirak etdiyini bildirib."Yarışma Azərbaycanda keçirildiyi üçün burda iştirak bizim üçün vacib məsələ idi. Can Bonomoda yarışmada yaxşı iştirak etdi. Əməkdaşlarımızla yarışma Azərbaycanda olmasaydı "Biz bu yarışmaya qatılmasaq nə olacaq ki?" deyə düşünmüşdük də. Tarkanla da hər il olduğu kimi bu il də Eurovision barədə danışmışdım", - deyə İbrahim Şahin bildirib."Birinci olacağım barədə zəmanət verirsənsə gələrəm" dedi. Əgər ikinci olsam bu mənim karyerama ciddi zərbə olar", - deyə Tarkan belə cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31