Müslüm Maqomayev anılacaq

"İRƏLİ" İctimai Birliyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin  anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, avqustun 18-də keçiriləcək tədbir  Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq.  Konsertdə "İRƏLİ" Mədəniyyət Mərkəzi üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda Müslüm Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31