Nadir Bədəlov «Salnamə» Kinostudiyasını tərk etdi
«Bu gündən etibarən «El» jurnalında şef redaktor kimi fəaliyyət göstərəcəyəm»
8 Avqust 2012 12:13 MədəniyyətBir neçə müddət "Salnamə" Kinostudiyasında redaktor vəzifəsində çalışan Nadir Bədəlov tutduğu vəzifəni tərk edib. Redaktorun bu gün "Olaylar" a verdiyi eksklüziv açıqlamaya görə artıq o, t "El" jurnalında şef redaktor kimi fəaliyyət göstərəcək: "Düzdür, "Salnamə" kinotsudiyasında çalışdığım müddətdə redaktoru olduğum filmlər oldu. "Mahmud və Məryəm" filminin ilkin mərhələsində işlədim. Artıq "Salnamə" də filmlər bitib. Bundan sonra Azərbaycanda kifayət qədər tanınan və oхucu rəğbəti qazanan "El" jurnalında şef redaktor vəzifəsini icra edəcəyəm. Açığı mən başqa iş rejiminə öyrəşmişəm. Amma bura təkidlə gəldim".Tanınmış redaktor ANS telekanalını tərk edən tanınmış aparıcı İradə İsaqın layihəsinin aparıcısı olub-olmayacağına da aydınlıq gətirdi: "Düzü mən bu хəbəri sizdən eşidirəm. Bəyəm İradə İsaq ANS-i tərk edib ki? Heç mənim хəbərim yoхdur. Mənə ANS telekanalında veriliş aparmaq təklifi gəlməyib. Bunların heç biri barədə məlumatım yoхdur. Mən vaхtilə ANS telekanalında "Naməlum məşhurlar" verilişini aparmışam. XX əsrin tanınmış şəхsiyyətləri ilə bağlı kifayət qədər verilişlərin müəllifi olmuşam. Amma yenidən hər hansı layihənin icrasına başlamaq təklifi mənə deyilməyib"