Madonna Moskvaya 44 yük maşını ilə gəlib

Rusiya məhşur müğənninin keçiriləcəyi konsertdən qorxuya düşüb

Madonnanın bu yaxınlarda Moskvada verəcəyi konsertlə bağlı maraqlı hadisələr baş verib. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Madonna artıq Moskvaya gəlib. Məlumata görə, Madonnanın konsert verəcəyi Moskva Olimpiya İdman Kompleksinə səhnə quraşdırılması üçün 44 yük maşını ilə dolu avadanlıq gətirilib. Konsert səhnəsini 100 nəfər quraşdıracaq, Madonnanın konsertə hazırlaşmasına isə 40 məşq otağı ayrılıb. Konsert üçün mərkəzə 20 xüsusi beynəlxalq telefon xətti və dağlardan su çəkilib. Səhnədə 220 tamaşaçı üçün xüsusi yer hazırlanıb ki, bu yerlər Madonnanı Rusiyada ən çox sevən fanatları üçün nəzərdə tutulub. Dünya şöhrətli müğənninin konsert üçün Moskvaya tək gəlmədiyi bildirilir. O 4 uşağı və sevgilisi ilə birlikdə paytaxtdadır.Məlumatda bildirilir ki, Madonna konsertdən sonra səhnədə izini itirmək üçün Moskvaya böyük dezinfeksiya briqadası da gətirib ki, onun izindən DNT oğurlaya bilməsinlər. Konsertin keçirilməsindən Rusiya hökumətinin də narahat olduğu bildirilir. Rəsmi Moskva Madonnanın konsertinə qorxu ilə yanaşır ki, müğənni konsert zamanı homoseksualllığı təbliğ edə bilər. Media konsert zamanı Madonnanı güclü qalmaqallar gözlədiyini də yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31