Saat 05:20: Aygün Kazımovanın qaşlı "baboçka" və "pomidor-yumurta"çığırtması
7 Avqust 2012 10:20 MədəniyyətMilli.Az xəbər verir ki, məlum Nabran konsertindən sonra təşkil olunan mini-banketdə Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova Bakıdan gəlmiş dostlarının əhatəsində olduqca xoş vaxt keçirib. Saat 05:20 radələrində başlanan dost məclisinə idman üslubundakı geyimi ilə qatılan müğənni öncə xarici görkəminə bir az əl gəzdirdi.Aksessuar olaraq konsertin aparıcısı Rüfət Ağayevin səhnədə taxtığı qaşlı "baboçka"dan istifadə edən Kazımova ardınca ləziz yeməklər hazırlamaq bacarığına sahib olduğunu söylədi. Dediklərinin inandırıcı olmasının sübutu da özünü çox gözlətmədi. Restoranın mətbəxinə yol alan Aygün xanım bir neçə dəqiqədən sonra bibərdən bol olan "pomidor-yumurta" tavası ilə geri döndü.Masa arxasında əyləşən əzizlərinə ayrı-ayrılıqda bişirdiyi çığırtmadan çəkən estrada ulduzu sadəliyi ilə ətrafdakıları da heyran etməkdə davam edirdi.Gerçəyi yazmaq lazımdırsa, həqiqətən, xanım Kazımovanın bişirdiyi "pomidor-yumurta" çox dadlı idi...