Yaşar Nurinin yanına niyə heç kim buraxılmırdı?
6 Avqust 2012 21:09 MədəniyyətAzərbaycanın xalq artisti Yaşar Nurinin vəziyyəti qənaətbəxşdir. Bu barədə SİA-ya açıqlamasında Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım məlumat verib: "Bildiyinizə görə, Yaşar Nuri bu yaxınlarda "Milli Kino günü" ilə bağlı mükafat aldı. Hazırda vəziyyəti yaxşıdır. Ev şəraitində həkim tərəfindən müayinə olunur. Həkimlər ona sakit yerdə istirahət etməyi məsləhət görüblər. Tam sərbəst gəzə bilmir. Həkimlər Yaşar müəllimi bir çox qidalardan uzaq durmağı məsləhət görüb. Səhhətində elə problemlər var ki, onlar həkimlər tərəfindən açıqlansa, daha yaxşı olar. Vəziyyətindəki problemlərin olmasına baxmayaraq, xalq artisti hər şeyi yaxşı xatırlayır. Onu da deyim ki, Yaşar müəllimin müayinəsi üçün avqust ayının 15-dək Türkiyəyə getməliyik. 1 həftə qaldıqdan sonra Bakıya qayıdacayıq. Vətənə tez dönməyimizə səbəb aktyorun sentyabr ayının 3-də doğum gününün olmasıdır". Nəzərinizə çatdıraq ki, aktyorun həyat yoldaşı ərini ziyarət etməyə bu vaxtadək heç kimə icazə verməyib: "Türkiyədə müayinə olunan zaman həkimlərə Yaşar müəllimin yanına heç kimi buraxmamasını söyləmişdim. Çünki istəmirdim ki, onu pis vəziyyətdə görsünlər. Eyni zamanda düşündüm ki, Yaşar müəllim tam sağaldıqdan sonra hər kəsin qarşısına çıxar".