“Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcək

Bakıda "Qız qalası" Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcək. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, festival Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək baş tutacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşdırılacaq beynəlxalq festival İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq.

2010-cu ildən etibarən  keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31