Ajda Pekkan əlil arabasında
30 Aprel 2014 19:35 MədəniyyətTürkiyəli müğənni Ajda Pekkan Amerikada əməliyyat olunub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dizlərindəki əzələ və sümük ağrılarına görə konsertlərini ləğv edən müğənni Amerikada əməliyyat olunduqdan sonra vətəninə qayıdıb.Təyyarədən əlil arabasında enən A.Pekkan jurnalistlərə verdiyi açıqlamada "əməliyyat yaxşı keçdi, amma məcburən 15 gün qalmalı oldum. Çox şükür, vəziyyətim yaxşıdır, ancaq bir az diqqətli olmalıyam" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31