“Anamın Kitabı” Ədəbi Mükafatı müsabiqəsinə əsərlərin qəbulu davam edir

 "Anamın Kitabı" Ədəbi Mükafatı müsabiqəsinə əsərlərin qəbulu davam edir.  Bu barədə məlumatı layihənin müəllifi, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadıqov verib. Müsabiqəyə dram, faciə, tragikomediya və ya kinossenarilər qəbul olunur. Əsərlərin qəbulu prosesi may ayının sonuna qədər davam edəcək.  Qalib əsər mükafatlandırılacaq və Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq.

Qeyd edək ki, mükafatın təsisiçisi "Hədəf Nəşrləri", təşkilatçıları isə Gənc Tamaşaçılar Teatrı və Kitabevim.az kitab mağazaları şəbəkəsidir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31