Sibel Candan ayaq şousu

Müğənni bədənində ən çox ayaqlarını bəyənir və buna görə də konsertlərində tez-tez ayaq şousu göstərir

Səhnədə hər çıxışı böyük maraqla izlənən Türkiyənin tanınmış müğənnisi Sibel Canın sosial şəbəkədəki fəaliyyəti də geniş kütlə tərəfindən maraqla izlənilir.  Son zamanlar Türkiyə və Kiprdə məşhur hotellərdə konsert proqramı ilə çıxış edən müğənni həmin görüntüləri mütəmadi olaraq sosial şəbəkə izləyiciləri ilə bölüşür. 44 yaşlı cazibədar sənətçi bildirir ki, bədənində ən çox ayaqlarını bəyənir və buna görə də konsertlərində tez-tez ayaq şousu göstərir. Müğənni indi isə səhnədən kənarda - virtual aləmdə ayaqlarına diqqət çəkən şəkillər paylaşmağa başlayıb. 

Bir müddət əvvəl "Instagram" hesabını bağlayan Sibel Can yenidən aktivləşdirərək izləyicilərini sevindirib.

Xatırladaq ki, 3 uşaq anası olan məşhur sənətçi 14 yaşında rəqqasə kimi fəaliyyətə başlamış, 3 il kazinolarda rəqqasəlik etdikdən sonra 18 yaşında müğənni kimi solo çıxışlar etməyə başlayıb.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31