“Eurovision-2014” təmsilçimiz türk pərəstişkarlarını sevindirdi VIDEO

“Mən bütün dillərdə oxumaq istəyərdim ki, musiqimi bütün "Eurovision"sevərlərə bəxş edim”

 Azərbaycanın "Eurovision 2014" təmsilçisi Dilarə Kazımova türk pərəstişkarları üçün "Start a Fire" mahnısının yeni versiyasını təqdim edib. Dilarənin bütün Avropada "Eurovision" fanatları arasında populyarlıq qazanan "Start a Fire" balladası türk dilində "Alev Gibi" adlanır. 

Pərəstişkarları və "Eurovision"-ın başqa iştirakçıları hətta "Start a Fire" mahnısının kaver-versiyalarını yaradıblar.  Ötən həftə Dilarə mahnısının "Bir qığılcım" adlı azərbaycan versiyasını təqdim edib. Dilarə belə bir versiyanın yaranmasını mahnını ilk dəfə eşitdiyi andan arzulayıb.

"Mən bütün dillərdə oxumaq istəyərdim ki, musiqimi bütün "Eurovision"sevərlərə bəxş edim".

Dilarə "Start a Fire" mahnısının daha bir neçə müxtəlif dildə versiyalarını yazdırmaq niyyətindədir.

Qeyd edək ki, Dilarə Kazımova "Start a Fire" mahnısını 8-ci nömrə altında "Eurovision" müsabiqəsinin Birinci Yarımfinalında may ayının 6-da 2014-cü ildə Kopenhagendə təqdim edəcək.

Türk versiyasını və videoklipi burada izləmək olar: ans


Dilara Kazimova - Alev Gibi - Start a Fire... by sozbaznet

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31