Beren və Kənan evlilik alış-verişində (FOTO)
Kamerala görüntülənən sevgililər jurnalistlərin suallarına sadəcə olaraq gülümsəyərək keçiblər
29 Aprel 2014 11:25 MədəniyyətTürkiyənin məşhur cütlüklərindən biri hesab edilən aktrisa Beren Saat və pop ifaçı Kənan Doğulu toya ciddi olaraq hazırlıq görürlər.ANS PRESS-in məlumatına görə, evlənmək üçün günləri sayan nişanlı məşhurlar ötən gün kameralara tuş gəliblər. Ticarət mərkəzlərindən birində görüntülənən Beren və Kənan toy üçün alış-verişə çıxıblar. Cütlük may ayında nigah masasına oturmalıdır.Onlar ev dekorasiyası üçün nəzərdə tutlan saysız-hesabsız mağazaları gəzərək xeyli sayda əşya alıblar. Daha sonra yorulan sevgililər bir restoranda yemək yeyiblər. Həmin məkanda yoldaşları ilə bir araya gələn cütlük Doğulunun avtomobili ilə oradan uzaqlaşıb. Çıxışda jurnalistlərin evliliklə bağlı sualları ilə üz-üzə qalan Beren və və Kənan sadəcə gülümsəyərək münasibət bildirməkdən çəkiniblər.Xatırladaq ki, cütlüyün Bizans İmperatoru Anastasius tərəfindən 528-ci ildə 1500 illik tarixi Qalata qülləsinin başında yerləşən restoranda toy etmək fikrində olduqları məlum olub. Orada toy şənliyi keçirmək istəyən Kənan və Beren bunun üçün təşkilatçı şirkəti ilə müqavilə bağlayıblar.