Kıvanc filmdə çəkilmək üçün böyük məbləğdə pul istəyib

Türk seriallarının son illərdə qazandığı uğur yunanların da diqqətini çəkib.  

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nina Mariya Paşalido türk seriallarının inkişaf yolundan bəhs edən sənədli film çəkib. Çəkilişlərdə  Halit Ərgənc, Məryəm Üzərli, Beren Saat, Bergüzar Korel, Songül Öden kimi bir çox məşhur aktyor və aktrisalar könüllü olaraq  iştirak ediblər. Filmə dəvət olunan aktyorlardan təkcə Kıvanc Tatlıtuğ böyük məbləğdə qonorar istədiyinə görə pərəstişkarları onu bu filmdə görə bilməyəcək. 12 ölkədə çəkilmiş "Kismet: I zoi san tourkiki apounopera" adlı 1 saat 58 deqiqəlik sənədli film ötən gün Yunanıstanda nümayiş olunub. Filmin beynəlxalq festivallara da göndəriləcəyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31