Çingiz Abdullayevin 6 yeni kitabı çap olunub
25 Fevral 2014 12:57 MədəniyyətDedektiv yazıçı Çingiz Abdullayevin "Transilvaniya səfəri" kitabı Qanun Nəşrlər Evi tərəfindən oxuculara təqdim edilir. ...Cinayət məsələləri üzrə dünyaca məşhur ekspert Dronqo Rumıniyaya beynəlxalq konfransa gəlir. Artıq ikinci gün öyrənir ki, sammitin bir neçə iştirakçısına təhlükədən bəhs edən məktub göndərilib. Naməlum şəxs onları bilinməyən təhlükə barədə xəbərdar edir və üstəlik işarə vurur ki, bu təhlükə qraf Drakulanın ruhu ilə əlaqəlidir. Demək olar ki, hamı və Dronqonun özü də güman edir ki, bu, sadəcə, axmaq bir oyundur. Lakin forumun iki qonağı həlak olanda ekspert fikrini dəyişir və məsələ ilə ciddi şəkildə məşğul olmağa başlayır...
Məşhur yazıçının ikinci yeni kitabı isə "Əclafların kredosu" adlanır. Altı rus mafiozu Amerikaya yollanır, onlardan heç biri bilmir ki, aralarında FTX-nın agenti var. Təkcə müəmmalı şantajçıdan başqa. O bu altı nəfərin soyadını ABŞ xüsusi xidmət orqanlarına açıqlamayacağına görə külli miqdarda pul tələb edir. Bəs, bu müəmmalı adam kimdir? Agent Dronqo, sonu ölümlə üzləşə biləcək təhlükəli tədqiqata başlayır və tezliklə başa düşür ki, dedektivdən şübhəli şəxsə çevrilir. Çünki mafiyanın adamlarından biri özəl tədqiqata başlayır və şəxsi nəticələr əldə edir. bu zaman əclafların qanı təhlükəli sürətlə onları təqib edənlərin qanı ilə qarışır...
Yazıçının "Şübhəsiz metamorfoz" kitabında isə varlanmaq ümidi ilə yaşayan kasıb rəsamın həyatında bəhs edilir. Ç.Abdullayevin "Balkan sindrom"unda Dünyaca məşhur ekspert-analitik Dronqo bu dəfə siyasi əhəmiyyət kəsb edən işin öhdəsindən gəlməlidir. Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ekspertdən xahiş edir ki, Serbiyadakı həmkarlarına kömək etsin. Serbiya prokurorluğu ölkənin baş nazirinin müavini Predraq Baştiçin qətlə yetirilməsi üzrə qaldırılmış cinayət işinin təfərrüatlarına varmaq üçün əlindən gələni edir. Predraq Baştiç bütün Balkan respublikalarının hakimiyyət nümayəndələrinin çox əhəmiyyətli görüşü zamanı öz iqamətgahında boğularaq öldürülüb. Şübhəli şəxs qismində Baştiçin otağını mühafizə edən keşikçi həbs edilir. Dronqo aydınlaşdırır ki, qətl günü iqamətgahda dörd nəfər kənar şəxs olub, onlar iqamətgahda keçirilən məxfi görüşdə iştirak etməli deyildilər. Həmin şəxslərdən biri də Baştiçin oğludur...
"Uğursuzun hekayəti" kitabında isə investisiya şirkətinin əməkdaşı İlya Nekrasovun ağlına da gəlmir ki, o, şirkətin rəhbərliyi ilə Mərakeş narkotik maddə alverçiləri arasındakı iri sövdələşmədə sadəcə yalançı fiqurdur. Bundan başqa, kimsə daim FTX əməkdaşlarına sövdələşmə barədə informasiya "sızdırır". Nekrasov hər dəqiqə həbs oluna bilər. Rəhbərlik Nekrasovdan istifadə edərək, onu narkotik alverçilərinin yanına göndərir. Bundan cəmi bir neçə adamın xəbəri olur. Nekrasovu satacaq Adam elə "köstəbəyin" özüdür. Bəxti əvvəllər də gətirməyən İlya həyatla ölüm arasında tarazlığı saxlamağa çalışır...
Yazıçının sonuncu nəşr olunan digər kitabı isə "Əclafların qanunu"du...Dövlət Dumasının deputatı Lazarev Dumanın binasında güllələnir. Qüdrətli cinayətkar avtoritet Moseşvili də öldürülür. Moskva küçələrində Qafqaz və slavyan qruplaşmaları arasında müharibə başlamasına az qalıb. Kriminalist Dronqo qəzəblənən kriminal canavarını əhliləşdirməyə qadir olan adamlardan biridir. Yolunun üstünə çıxmağa çalışan hər kəsin öhdəsindən amansızcasına gələn Dronqo ən gizli mafiyaya yaxınlaşır. Öyrəndiklərindən hətta o da diksinir.