İradə Nadiri ağlatdı

ATV kanalında tanınmış və mübariz telejurnalist İradə İsaqın təqdimatında efirə gedən "Düz üzünə" verilişinin növbəti qonağı olan müğənni Nadir Qafarzadə gözləmədiyi anları yaşadı. Aparıcının müğənniyə ünvanladığı suallar Nadiri özündən çıxardı. İradə İsaq dəfələrlə Nadirə ciddi verilişlərə alışmağı məsləhət gördü. Bir neçə dəfə ona hətta kəskin iradlarını bildirdi. Anası ilə bağlı verdiyi sual Nadir üçün gözlənilməz olduğundan halı pisləşdi. Göz yaşlarını saxlaya bilmədi. Bu azmış kimi aparıcı ona keçmişi ilə bağlı bir "sürpriz" hazırlayaraq Nadirə təqdim etdi. Bu "sürpriz" Nadirə növbəti bir şok yaşatdı. "Sürpriz"in nədən ibarət olduğunu oxucularımız və tamaşaçılar fevralın 25-də saat 21:40-da ATV kanalında izləyə biləcəklər. Müğənninin plastik əməliyyat keçirib-keçrməməyi ilə bağlı münaqişələr və aparıcı-müğənni qarşıdurması verilişin kulminasiya nöqtəsinə çevrildi. Atmacalarından geri qalmayan Nadiri bu verilişdən sonra hansı müğənnilər ağ yuyub, qara sərəcək? Bunu yaxınlarda müğənninin sərt ittihamlar irəli sürdüyü şəxslərlə əlaqə saxlayıb "OLAYLAR"da bir telekörpü olaraq oxucularımıza çatdıracağıq. Aparıcı-müğənni qarşıdurması nə ilə nəticələnəcək? Aparıcının bir araşdırmaçı kimi ortaya çıxardığı qaranlıq məqamlar "Düz üzünə" verilişində Nadirin düz üzünə  deyiləcək.

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31