Cennifer Lopez seriala çəkilir
24 Fevral 2014 19:07 MədəniyyətDünya şöhrətli müğənni Cennifer Lopez özünü yenidən aktrisa kimi sınayacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi detektiv janrında olan teleseriala çəkiləcək. Cennifer burada "Harli Makkord" adlı korrupsiya ilə mübarizə aparan gizli müfəttiş və dul qalmış ana obrazını canlandıracaq.
"Shades of blue" ("Mavinin çalarları") adlanacaq serial 2015-ci ilin payızında efirə veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31