Məşhur müğənni həbs edildi

Türkiyənin sevilən müğənnilərindən olan Tuğba Özerk Beşiktaş bölgəsində spirtli içki qəbul edərək avtomobil idarə etdiyi üçün avtomobilini saxlayan polislərə "Hamınızı sürgün edərəm, özünüzə xəritədən yer seçin" dediyi iddia edilərək məhkəməyə verilib.

AZADİNFORM xəbər verir ki, İstanbul 12-ci Cəza Məhkəməsində icra edilən istintaq işi nəticəsində müğənninin polisləri həqiqətən də təhqir etdiyi sübut edilərək 6 ay 7 gün həbs cəzasına məhkum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31