Tanınmış aktisa müğənni sevgilisi ilə nişanlandı

Beren Saat və Kənan Doğulu evlilik yolunda ilk addımı atıblar

İki ildir birlikdə olan tanınmış aktrisa Beren Saat və müğənni Kənan Doğulu evlilik yolunda ilk addımı atıblar. ANS PRESS-in məlumatına görə, cütlük ötən gün nişan üzüklərini taxıblar.
Nişan mərasimi aktrisanın rol aldığı "İntiqam" serialının finalından sonra keçirilib. Mərasim balıqçı restoranlarından birində baş tutub. Yeməkdə ailə üzvləri və cütülüyün ən yaxın dostları iştirak ediblər. Məkan məşhurların nişanına görə bağladılıb. Jurnalistlərin içəriyə girişinə isə qadağa qoyulub.
Qeyd edək ki, uzun müddətdir birlikdə olan aktrisanın bu il yay aylarında nikah masasına oturacağı gözlənilir.
Beren Saat Azərbaycan tamaşaçısına da yaxşı tanışdır. Belə ki, aktrisanın rol aldığı "Aşkı Məmnu", "Fatmagülün suçu nə?", "İntiqam" serialları ölkəmizdəəd böyük izləyiçi kütləsinə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31