“Mən böyüdükcə obrazlarım da böyüyür”

Türkiyənin sevilən aktrisası Hazal Kaya qatıldığı proqramların birində canlandırdığı obrazlar haqda danışarkən belə deyib. O, rol aldığı serialların ərəb ölkələrində də böyük maraqla izlənildiyini söyləyib: "Rol aldığım "Aşkı-Memnu", "Adını Feriha Koydum" serialları ərəb ölkələrində də böyük maraqla izlənilir. Bu iki serialda yaratdığım obrazlar vasitəsi ilə saf və təmiz qızın həyatını canlandırırdım. Amma düşünürəm ki, "A.Ş.K" serialında yaratdığım Azra obrazı ərəblər tərəfindən bir o qədər də rəğbətlə qarşılanmayıb". Kaya "A.Ş.K"serialımnın yayımdan qaldırılmasına görə üzüldüyünü deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31