"Sultan Süleyman" əsəbiləşdi: "Utanın!"
23 Fevral 2014 10:31 MədəniyyətTürkiyənin reytinqli seriallarından olan "Muhteşem Yüzyıl"ın edam səhnəsi ilə bağlı söz-söhbətlər səngimək bilmir.
ANS PRESS-in xəbərinə görə, serialın 124-cü bölümündə şahzadə Mustafanın Sultan Süleyman Qanuninin çadırında lal-kar cəlladlar tərəfindən boğularaq öldürülürməsi izləyiciləri qəzəbləndirmişdi.
Həmin bölümdən sonra sosial şəbəkələrdə Sultan Süleymana və o obrazı canlandıran aktyor Halit Ergençə qarşı münasibətin dəyişdiyini görürük.
Belə ki, bu gün şahzadənin boğulması səhnəsi ilə bağlı edilən müzakirələrdən biri aktyorun heç xoşuna gəlməyib. İzləyicilərindən biri ona oğlu ilə birgə çəkdirdikləri şəklin üzərinə "bir az böyüsün, mən bunu sonra boğaram" yazaraq göndərməsi onu özündən çıxarıb.
"Buna çox gülüb, bir az da biz gülək deyə mənə göndərib. Bir az qanacağınız olsun, bir az utanın. Heç gülməli deyildi." - deyə aktyor öz hisslərini dilə gətirib.